...

Cəzaçəkmə müəssisələrində psixoloqlara ehtiyac var

Cəmiyyət Materials 3 Mart 2007 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend K.Zərbalıyeva/Ötən il cəzaçəkmə müəssisələrində 5 intihar faktı qeydə alınıb. Bu barədə məlumat verən Penitensiar Xidmətin Qərargah rəisi Musa Hümbətov bildirib ki, Azərbaycan bu göstərici üzrə digər ölkələrdən geridə qalir. Belə ki, Boyük Britaniya həbsxanalarında ötən il 300 məhkum intihar edib. Buna baxmayaraq, hər bir intihar faktının narahatlıq doğurduğunu vurgulayan Qəragah rəisi bu problemi doğuran ciddi səbəblərin olduğunu qeyd edib: "Məhkumların sosial əlaqələri pozulur, ailələri bəzən onları tamamilə yaddan çıxarır. Onların psixikasında çox ciddi problemlər yaranır. Bu xüsusilə ömürlük azdlıqdan məhrum edilmiş məhkumlara aiddir". M. Hümbətov müəssisələrədə psixoloq çatışmazlığının mövcudluğunu da intihar faktlarının baş verməsinə təsir edən amil kimi qiymətləndirib: "Penitensiar Xidmətdə 4 psixoloq çalışır. Cəzaçəkmə müəssisələrində psixoloq kimi işləmək istəyənlər cox azdır. Müəssisələrdə daimi əsaslarla işləyən psixoloq yoxdur. Hazırda müəssisələrdə psixoloq ştatları boşdur".

Xəbər lenti

Xəbər lenti