...

AVF Heydər Əliyenin xatirəsinə həsr olunmuş turnirdə iştirak üçün ərizələri gözləyir

Cəmiyyət Materials 4 Aprel 2007 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycan Voleybol Federasiyası (AVF) Heydər Əliyevin xatirəsinə həsr olunan və avqust ayında keçirilməsi nəzərdə tutulan turnir üçün yığmaların ərizələrini qəbul edir.

Trend xəbər verir ki, indiyə qədər dəvət göndərilmiş ölkələrdən Yunanıstan, Bolqarıstan, Slovakiya və Türkiyə Bakıya gəlmək istəyini bildirib. İspaniya, Ukrayna, Belçika, və Çexiya Voleybol Federasiyalarına da müvafiq sənəd göndərilib. Əgər bu ölkələr Azərbaycana gəlməyə razılıq verməsələr, AVF Avropanın digər ölkələrinə dəvət göndərmək niyyətindədir.

Qeyd etmək lazımdır ki, qarşıda duran bu turnir Belçikada keçiriləcək Avropa çempionatı üçün ciddi hazırlıq mərhələsi olacaq.

Xəbər lenti

Xəbər lenti