...

Rusiyada qeydiyyatsız yaşayan azərbaycanlıların deportasiya edilməməsi üçün muxtəlif qurumlara müraciət edilir

Cəmiyyət Materials 10 Aprel 2007 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ümumrusiya Azərbaycanlları Konqresi (ÜAK) Rusiyada qeydiyyatsız yaşayan azərbaycanlıların deportasiya edilməməsi üçün Miqrasiya İdarəsinə və yerli məhkəmələrə müraciət edir. Bu barədə ÜAK-ın Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlılara hüquqi yardım məqsədilə Moskvada yaradılmış qərargaha gün ərzində təxminən beş müraciət daxil olur. Müraciət edənlərin əksəriyyəti polislər tərəfindən xəbərdarlıqlar alan şəxslər olur. İ.Hacıyev qeyd edib ki, ardıcıl olaraq üç dəfə xəbərdarlıq ediləndən sonra xarici vətəndaşların pasportuna beş il Rusiyaya gəlməsini qadağan edən möhür vurulur və ölkədən deportasiya edilir.

"Xəbərdarlıqlar alan azərbaycanlıların deportasiya edilməsinin qarşısını almaq üçün Ümumrusiya Azərbaycanlıları Konqresi müvafiq orqanlara müraciət edərək soydaşlarımızın sənədlərinin qaydaya salınması məsuliyyətini öz üzərinə götürür. Sonra Konqres həmin azərbaycanlıların sənədlərini qaydaya salaraq Miqrasiya İdarəsinə və məhkəmə hakimlərinə təqdim edir"-deyə İ.Hacıyev bildirib.

Xəbər lenti

Xəbər lenti