...

Azərbaycan xokkeyçiləri Bakı turnirində reytinqlərini artıracaq

Cəmiyyət Materials 17 Aprel 2007 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın otüstü xokkey üzrə qadınlardan ibarət yığma komandasının "AtaHoldıng Hoskey Champıons Challenge" turniri və "Atasport" klubunun Bakıda keçirəcəyi Çempionlar Kubokuna hazırlıq məsələləri bu gün "Excelsıor" otelində təşkil olunan mətbuat konfransının mövzusu olub.

Trend xəbər verir ki, jurnalistlərlə görüşündə Milli Federasiyanın rəhbəri Yaqub Nuriyev qeyd edib ki, beynəlxalq turnirdə iştirak etməklə yığma komanda öz reytinqini artıra bilər. Bununla yanaşı, hətta sonuncu yeri belə tutan komanda 90 bal alaraq öz reytinqini artıra biləcək. Eyni zamanda, Federasiya turnirin mükafat fondunu təsis etmək niyyətindədir. Məbləğ isə daha sonra açıqlanacaq.

"Atasport" üçün isə əsas çıxış Bakıdakı Çempionlar Kuboku olacaq. Komanda ən azı üç mükafatçı sırasında yer tutmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti