...

"Bu şəhərdə"ni həmçinin Minskdə görəcəklər

Cəmiyyət Materials 24 Aprel 2007 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /müx. "TrendLife" E.Hüseynzadə/ Yumor ustaları Coşğun Rəhimov və Rafael İsgəndərov Minskə qastrola gedirlər. Bu haqda "Bu şəhərdə"nin prodüsseri Müşfiq Abbasov "TrendLife"a bildirib. Onun sözlərinə görə, onlar may ayının 11-də Belarusiyada həmyerlilərimiz üçün çıxış edəcəklər. Bu tədbir Belarusiyada yaşayan Natiq Bağırov və Bəxşiyem Qəmbərov tərəfindən təşkil olunacaq. Konsert Azərbaycanın Belarusiyadakı səfiri Əli Nağıyevin dəstəyi ilə keçiriləcək. Konsertdə Bakıda göstərilən nömrələr xüsusi hazırlanmış nömrələrlə davam edəcək.

Xəbər lenti

Xəbər lenti