...

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə saxlama yerləri standartlara cavab vermir

Cəmiyyət Materials 25 May 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə təqsirləndirilən şəxslərin saxlanılması üçün nəzərdə tutulan yer standartlara cavab vermir. Azərbaycan işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov cümə günü bildirib ki, proseslərdə iştirak etmək üçün məhkəməyə gətirilən təqsirləndirilən şəxslər rütubətli, natəmiz, darısqal və qaranlıq otaqlarda saxlanılırlar. Komitə sədri ona olan müraciətlərdən sonra həmin otaqların təmir olunması və standartlara uyğunlaşdırılması üçün bir müddət öncə məhkəmənin sədri Mahmud Nəbiyevə müraciət edib. Qeyd olunan nöqsanlar aradan qaldırılmadığından Komitə sədri yuxarı instansiyalara müraciət edəcək. Behbudov bunu işgəncə kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti