...

Qubada üç nəfər vərəmdən ölüb

Cəmiyyət Materials 12 İyun 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Qubada bu il iyunun birinci ongünlüyünə qədər 31 nəfər vərəmə yoluxub, bunlardan üçü dünyasını dəyişib. Bu barədə çərşənbə axşamı Quba rayon Mərkəzi Xəstəxanasının ağciyər xəstəlikləri şöbəsinin müdiri Zakir Paşayev məlumat verib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövründə Qubada 27 vərəm xəstəsi qeydə alınıb. Hazırda rayonda ümumilikdə 368 vərəmə yoluxan xəstə qeydiyyatdadır.

Paşayev bildirib ki, vərəmə yoluxanların əksəriyyəti Qubanın dağlıq ərazilərində yaşayanlardır.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti