...

Müğənni Lalə Məmmdova:- "Bir müğənni ki, öz konsertinə tamaşaçıları maşın vasitəsilə cəlb edir, onun heç kimə irad bildirməyə haqqı yoxdur"

Cəmiyyət Materials 18 İyun 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /müx.TrendLife Vüqar Vüqarlı/Hamıya məlumdur ki, kanalların birində canlı efirdə Aygün Kazımova müğənni Lalə Məmmədovanın bostanına daş atıb. Kazımovanın ən yumşaq ifadəsi belə olub: "Mən, o və səviyyə-bunlar heç biri müqayisə olunası şey deyil".

TrendLife bu barəda müğənni Lalə Məmmədovanın fikrini öyrəndi. "Bax, səviyyə söhbətini o, düzgün qeyd edib. Əgər məni bu gün estaradada ən mühüm insan tənqid etsəydi, bu tənqiddən nəsə örnək götürərdim. Bir müğənni ki, öz konsertinə tamaşaçıları maşın vasitəsilə cəlb edir, onun heç kimə irad bildirməyə haqqı yoxdur" - deyə Lalə Məmmədova bildirdi.

Xəbər lenti

Xəbər lenti