...

"Bakı" klubu İntertoto Kubokunun cavab görüşü üçün Moldovaya yollanıb

Cəmiyyət Materials 28 İyun 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ İyunun 29-da İntertoto Kubokunun birinci mərhələsi çərçivəsində "Daçiya" ilə cavab görüşü keçirmək üçün "Bakı" klubu Moldovaya yollanıb.

Böyükağa Hacıyevin yetirmələri arasında itkilər yoxdur, bu üzdən də onlar rəqibi yenməyə israrlıdır. Məhz qələbə, yaxud da böyük hesablı heç-heçə qonaqları növbəti mərhələyə çıxaracaq. Xatırladaq ki, T.Bəhramov adına Respublika Stadionunda keçirilən ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Güman olunur ki, Moldovadakı oyunda qonaqların hücum xəttini argentinalı forvard Fernando Peres gücləndirəcək. O, vətənində qardaşının toyunda iştirak etdiyi üçün komandaya gec qoşulub.

Xəbər lenti

Xəbər lenti