...

Keçmiş iqtisadi inkişaf nazirinin məhkəməsində vəkilin məhkəmə tərkibinə etirazı təmin olunmayıb

Cəmiyyət Materials 24 İyul 2007 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndiridən 17 şəxsin məhkəməsi günün ikinci yarısı davam etdirilib.

Hakim Paşayev günün birinci yarısında F.Əliyevin vəkili Eliton Quliyevin məhkəmə tərkibinə etirazı ilə bağlı vəsatətinə məhkəmənin münasibəti bildirilib. Belə ki, vəsatət təmin edilməyib. Məhkəmənin qərarına görə, məhkəmə tərkibi iclasda hər hansı qanun pozuntularına yol verməyib və vəsatət əsassızdır.

Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti