...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi real təhlükə törədə bilən yırtıcı heyvanların ovlanması barədə qərar verib

Cəmiyyət Materials 30 İyul 2007 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın bəzi bölgələrində yırtıcı heyvanların, xüsusən çaqqalların sayının artması ilə bağlı yaranan narahatçılığa son qoyulması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) real təhlükə törədə bilən çaqqalların ovlanması barədə qərar verib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yerli Ovçuluq cəmiyyətləri və maraqlı şəxslərin (professional ovçuların) cəlb edildiyi xüsusi qruplar vasitəsilə istisna hal kimi (dəyəri ödənilmədən), quduzlaşmış, yaşayış məntəqələri ətrafında və daxilində müşahidə olunan, insanlar və kənd təsərrüfatı heyvanları üçün real təhlükə törədə bilən çaqqalların ovlanması istiqamətində təşkilati tədbirlər görülməsinə başlanılıb. Bu məqsədlə xüsusi icazələrin verilməsi və hər bir ovlanmış baş heyvanın müvafiq qaydada aktlaşdırıldıqdan sonra nümunələrinin yerli Baytarlıq laboratoriyalarına və nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin "Vəhşi Təbiətə Epidemioloji Nəzarət Laboratoriyası"na (quduzluq faktının müəyyən edilməsi məqsədilə) təhvil verilməsi qərara alınıb.

Son günlər çaqqalların insanlara hücumu halları baş verib. Hətta Neftçala rayonunda itin dişləməsi nəticəsində bir azyaşlı uşaq vəfat edib.

Xəbər lenti

Xəbər lenti