...

Futbol üzrə Azərbaycan çempionatının püşkatması keçirilib

Cəmiyyət Materials 31 İyul 2007 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın futbol üzrə çempionu "Xəzər" milli birinciliyinin ilk matçını Yevlaxda yerli "Karvan"a qarşı keçirəcək. "Neftçi" Tofiq Bəhrəmov adına Respublika stadionunda "Turan"la, "Bakı" isə doğma meydançada "Gənclərbirliyi" ilə üz-üzə gələcək.

Digər cütlüklər bunlardır: "İnter" - "Masallı", "Standard" - "Gilan", "Olimpik" - "MKT-Araz" və "Simurq" - "Qarabağ". Matçların dəqiq tarixləri, habelə təqvimin yekun variantı AFFA-nın Yarışların Təşkili Departamenti tərəfindən bir müddət sonra müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti