...

Özbəkistan Birlik Kubokunu qəbul edə bilməyəcək

Cəmiyyət Materials 31 İyul 2007 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Özbəkistan "Xəzər" (Lənkəran) klubunun da çıxış edəcəyi Birlik Kubokunun keçirilməsi ideyasından vaz keçib.

"SportReport" nəşrinə görə, Özbəkistan futbol federasiyasının nümayəndəsi Alişer Nikimbayev bəyan edib ki, bu cür turnirin keçirilməsi, sözsüz ki, lazımdır. "Nə qədər çoxdur belə yarışlar, o qədər yaxşıdır. Bizə belə bir turnirin keçirilməsi təklif olunub. Bizim belə böyük turnirləri təşkil etmək təcrübəmiz var, lakin yanvardakı hava şərtlərinə görə MDB çempionlarını Özbəkistana dəvət edə bilmərik. Bu turnir üçün digər tarixlərə gəldikdə isə, onlar əksər klubları razı salmayacaq. Axı ölkələr müxtəlif konfederasiyalarda təmsil olunurlar. Bizimlə "Birinci kanal" turnirinin təşkilatçıları təmas qurdular, lakin eyni cavab aldılar" - deyə Nikimbayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti