...

Azərbaycan voleybolçuları Qran-Pri yarışında almanlara məğlub oldu

Cəmiyyət Materials 8 Sentyabr 2007 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın valeybol üzrə qadınlardan ibarət yığma komandası Ankarada keçirilən Avropa Qran-Prisində uğursuz çıxışını davam etdirir.

Trend in verdiyi məlumata görə, 5-ci tur çərçivəsində Faiq Qarayevin yetirmələri Almaniya yığmasına 0-3 hesabı ilə məğlub olub. Birinci hissədə komanda rəqibinə müqavimət göstərməyə çalışaraq 3 xal irəli çıxıb. Lakin fasilədən sonra kollektivin oyunu tamamilə pozulub. Almanlar meydanda üstünlüyü ələ alıblar və nəticədə Azərbaycan valeybolçuları ikinci mərhələdə 25-8 hesabı ilə məğlub olublar. Üçüncü hissədə də dönüş baş verməyib və Almaniya 25-20 hesabı ilə qalib gələrək dünya Qran-Prisinin finalına çıxmaq şanslarını əhəmiyyətli dərəcədə artırıb.

Eyni zamanda, Azərbaycan yığması hələ ki, Ankarada qələbə sevinci dada bilməyib və yarışın autsayderidir.

Xəbər lenti

Xəbər lenti