...

Azərbaycan qılıncoynadanı olimpiadada növbəti mərhələyə yüksəldi

İdman Materials 1 Avqust 2012 18:01 (UTC +04:00)
Azərbaycan qılıncoynadanı Səbinə Mikina London Olimpiadasında 1/16 final mərhələsində mübarizəyə başlayıb.
Azərbaycan qılıncoynadanı olimpiadada növbəti mərhələyə yüksəldi

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Azərbaycan qılıncoynadanı Səbinə Mikina London olimpiadasında 1/16 final mərhələsində mübarizəyə başlayıb.

Trend-in məlumatına görə, sablya növündə qüvvəsini sınayan təmsilçimiz ilk görüşündə almaniyalı Aleksandra Bujdosa ilə qarşılaşıb.

Mikina rəqibinə 15:13 hesabı ilə qalib gələrək 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Növbəti mərhələdə idmançımızın rəqibi ukraynalı Olqa Xarlan olacaq.

Xəbər lenti

Xəbər lenti