Azərbaycan, Bakı, 10 dekabr /Trend/
Madridin "Atletiko" klubu "Bakı" ilə əməkdaşlıq çərçivəsində İspaniya La Liqasının 16-cı turunda da "Land of fire Azerbaijan" (Odlar yurdu Azərbaycan) forması ilə meydana çıxacaq. Bu barədə Trend-ə "Bakı" klubundan məlumat verilib.
Bu dəfə isə Madrid təmsilçisi "Barselona" ilə dekabrın 17-də "Nou Kamp"da keçirəcəyi qarşılaşmaya həmin forma ilə çıxacaq.
Qeyd edək ki, bundan öncə "Atletiko" "Real" (Madrid) və "Deportivo" ilə görüşlərdə də həmin formanı geyinib.