...

"Mançester" Runini transferə çıxara bilər

İdman Materials 7 Mart 2013 16:33 (UTC +04:00)
İngiltərənin "Mançester Yunayted" komandası yay transfer pəncərəsində Ueyn Runini transferə çıxara bilər.
"Mançester" Runini transferə çıxara bilər

Azərbaycan, Bakı, 7 mart /Trend/

İngiltərənin "Mançester Yunayted" komandası yay transfer pəncərəsində Ueyn Runini transferə çıxara bilər.

Trend-in məlumatına görə, Runinin Çempionlar Liqasının 1/8 final mərhələsində Madridin "Real" klubu ilə cavab oyununda start heyətində olmaması Aleks Ferqyusonun forvardın oyunundan narazı qalmasının təsdiqidir.

Əgər "qırmızı şeytanlar" Runini satmaq qərarına gəlsələr, onlar futbolçunun transferindən təqribən 20 milyon funt-sterlinq qazanc əldə etmək niyyətindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti