...

ARDNŞ və Gürcüstan MOK arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

İdman Materials 25 Aprel 2013 10:15 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı nümayəndəliyinin ofisində ARDNŞ ilə Gürcüstanın Milli Olimpiya Komitəsi (MOK) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
ARDNŞ və Gürcüstan MOK arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı nümayəndəliyinin ofisində ARDNŞ ilə Gürcüstanın Milli Olimpiya Komitəsi (MOK) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Trend-in məlumatına görə, bu barədə xəbər ARDNŞ-in rəsmi saytında xəbər yayılıb.

Sənədi ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstan MOK-nun prezidenti Leri Xabelov imzalayıb. Memorandum çərçivəsində müxtəlif Olimpiya proqram və layihələrinin, Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin xətti ilə keçirilən idman tədbirlərində iştirakın dəstəklənməsi, Gürcüstan MOK-nun regional təşkilatları səviyyəsində proqramların həyata keçirilməsi, idmançılara və məşqçilərə sosial kömək məqsədilə tibbi idman mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi, nəşriyyat və maarifləndirmə işinin təşkili nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti