...

"Barsa" faciəsi: "Bavariya" futbol dərsi keçdi

İdman Materials 2 May 2013 01:33 (UTC +04:00)
Bu gün Çempionlar Liqasının ikinci finalçısı məlum olub. Trend-in məlumatına görə, ikinci oyun günündə "Barselona" doğma meydanında Münhenin "Bavariya" klubunu qəbul edib.
"Barsa" faciəsi: "Bavariya" futbol dərsi keçdi

Azərbaycan, Bakı, 2 may /Trend/

Bu gün Çempionlar Liqasının ikinci finalçısı məlum olub.

Trend-in məlumatına görə, ikinci oyun günündə "Barselona" doğma meydanında Münhenin "Bavariya" klubunu qəbul edib.

Bu komandalar arasında ilk görüş Almaniya təmsilçisi "Bavariya"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Ona görə də, finala çıxmaq şansı qonaqların tərəfində idi. Barselonalılar isə finala çıxmaq üçün rəqib qapısına ən azı beş cavabsız top vurmalı idi.

Oyunda ilk topu "Bavariya"nın yarımmüdafıəçisi Aryen Robben 48-ci dəqiqədə vurub, ikinci topu "Barselona"nın oyunçusu Jerar Pike 73-cü dəqiqədə öz qapısına vurub. Üçüncü topu isə 76-cı dəqiqədə "Bavariya"nın yarımmüdafıəçisi Tomas Müller vurub.

"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:3

Beləliklə də, iki oyunun nəticəsinə görə " Bavariya" final mərhələsinə keçib.

Finalda alman derbisi gözlənilir, belə ki, Dortmundun "Borussiya" klubu Münhenin "Bavariya" komandası ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının finalı mayın 25-də Londonun "Uembli" stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti