...

“Mançester Yunayted”in hücümçusu yayda “Bavariya”ya keçməyi planlaşdırır

İdman Materials 8 May 2013 13:29 (UTC +04:00)
İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Ueyn Runi yayda Almaniyanın "Bavariya" klubuna keçməyi planlaşdırır.
“Mançester Yunayted”in hücümçusu yayda “Bavariya”ya keçməyi planlaşdırır

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Tanrıverdiyev/

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Ueyn Runi yayda Almaniyanın "Bavariya" klubuna keçməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Britaniyanın "Daily Mirror" qəzeti xəbər yayıb.

Runi artıq klub yoldaşlarına komandanı dəyişmək istədiyini bildirib. Sazişin məbləği 30 milyon funt sterlinq dəyərində qiymətləndirilib. Hazırda davam edən mövsümdə 27 yaşlı hücumçu milli çempionatda 12 qol vurub və 10 qol ötürməsi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti