...

Alkantaraya “Mançester Yunayted” və “Bavariya”dan təklif gəlib

İdman Materials 19 İyun 2013 11:10 (UTC +04:00)
İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Tiaqo Alkantara yayda klubunu dəyişmək niyyətindədir.
Alkantaraya “Mançester Yunayted” və “Bavariya”dan təklif gəlib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir E.Tanrıverdiyev/

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Tiaqo Alkantara yayda klubunu dəyişmək niyyətindədir. Bu barədə Trend "goal.com" saytına istinadən xəbər verib.

Futbolçu artıq İngiltərənin "Mançester Yunayet" və Almaniyanın "Bavariya" klublarından konkret təkliflər də alıb.

Daha əvvəl məlumat yayılıb ki, "Çelsi" klubunun sahibi Roman Abramoviç Alkantaranı onun klubuna keçməyə dəvət edib.

22 yaşlı futbolçuya, o cümlədən İngiltərənin "Mançester Siti" və İspaniyanın "Real" klubları da maraq göstərirlər. Onun transfer məbləği 22 milyon avro təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti