...

David Vilya "Atletiko"ya keçir

İdman Materials 8 İyul 2013 20:57 (UTC +04:00)
İspaniyalı hücumçu David Vilya yeni mövsümdən Madridin "Atletiko" klubunun şərəfini qoruyacaq.
David Vilya "Atletiko"ya keçir

Azərbaycan, Bakı, 8 iyul /Trend/

İspaniyalı hücumçu David Vilya yeni mövsümdən Madridin "Atletiko" klubunun şərəfini qoruyacaq.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu transfer sayəsində futbolçunun sabiq klubu "Barselona" cari ildə 2,1 milyon avro, 2014/2015-ci il mövsümündə isə daha 2 milyon avro əldə edəcək.

Əgər Vilya madridlilərin heyətində çıxışını davam etdirsə, "Barsa" daha 1 milyon avqo qazanacaq.

Transfer müqaviləsinin şərtlərinə əsasən, "Atletiko" hücumçunu satmağa qərar versə, "Barselona" həmin transfer məbləğinin 50 faizini əldə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti