...

"Mançester Yunayted" "Çelsi"nin təklifini rədd etdi

İdman Materials 17 İyul 2013 16:06 (UTC +04:00)
İngiltərənin "Mançester Yunayted" klubu London təmsilçisi "Çelsi"nin hücumçu Ueyn Runinin transferi ilə bağlı təklifini rədd edib.
"Mançester Yunayted" "Çelsi"nin təklifini rədd etdi

Azərbaycan, Bakı, 17 iyul /Trend/

İngiltərənin "Mançester Yunayted" klubu London təmsilçisi "Çelsi"nin hücumçu Ueyn Runinin transferi ilə bağlı təklifini rədd edib. Bu barədə Trend "Sky News"a istinadən məlumat verir.

Runinin "Mançester Yunayted"i tərk edəcəyi barədə şayiələr uzun müddət davam edirdi. Mövsümün sonunda 1986-ci ildən etibarən kluba rəhbərlik edən Aleks Ferqyusonun komandanı tərk etməsindən sonra Runinin digər kluba keçməsi barədə şayiələr daha da artdı.

Ötən həftə "Mançester Yunayted"in yeni baş məşqçisi Devid Moyes Runi ilə görüşdən sonra bildirib ki, futbolçu klubda qalacaq.

Xatırladaq ki, Runinin müqaviləsinin müddəti 2014/2015-ci il mövsümünün sonuna kimidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti