...

"Çelsi" Runinin qiymətini 25 milyon funt sterlinqə qədər artıracaq

İdman Materials 18 İyul 2013 15:53 (UTC +04:00)
İngiltərənin "Çelsi" klubu hücumçu Ueyn Runinin transferi ilə bağlı "Mançester Yunayted"ə yenidən təklif göndərəcək.
"Çelsi" Runinin qiymətini 25 milyon funt sterlinqə qədər artıracaq

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir E.Tanrıverdiyev/

İngiltərənin "Çelsi" klubu hücumçu Ueyn Runinin transferi ilə bağlı "Mançester Yunayted"ə yenidən təklif göndərəcək. Bu barədə Trend "Guardian" qəzetinə istinadən xəbər verir.

London təmsilçisi 27 yaşlı futbolçuya görə 25 milyon funt sterlinq ödəməyə hazırdır.

Qeyd edək, Runinin transferinə görə "Çelsi"nin 20 milyon funt sterlinq həcmində olan ilk təklifi "Mançester Yunayted" tərəfindən rədd edilib.

Xatırladaq ki, Runini daha bir London təmsilçisi "Arsenal" heyətinə qatmaq istəyir. Bu məlumatı artıq klubun baş məşqçisi Arsen Venqer də təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti