...

"Bakı"nın beş oyunçusu “Atletiko”da

İdman Materials 1 Noyabr 2013 16:08 (UTC +04:00)
“Bakı” klubunun 1999-cu il təvəllüdlü beş futbolçusu Madrid “Atletiko”sunun akademiyasında təhsil almaq üçün bu gün İspaniyaya yolda düşəcəklər.
"Bakı"nın beş oyunçusu “Atletiko”da

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

"Bakı" klubunun 1999-cu il təvəllüdlü beş futbolçusu Madrid "Atletiko"sunun akademiyasında təhsil almaq üçün bu gün İspaniyaya yolda düşəcəklər.

Trend xəbərinə görə, bu haqda bu gün gənclər və idman naziri Azad Rəhimovla "Bakı"nın prezidenti Hafiz Məmmədovun keçirdiyi mətbuat konfransında məlumat verilib.

"Atletiko"nun düşərgəsinə gedən futbolçular Rəşid Əliyev, Asim Abdullazadə, Cavid Mikayıllı, Qəlbinur Adıgözəlli və Ruslan Süleymanovdur.

"Bakı"nın prezidenti Hafiz Məmmədov bildirib ki, adları çəkilən futbolçular akademiyada üç il və ya daha çox müddətə təhsil alacaq, eyni zamanda "Atletiko"nun məşqlərində iştirak edəcəklər.

Qeyd edək ki, bu proses "Bakı" ilə "Atletiko" arasındakı əməkdaşlıq çərçivəsində baş tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti