...

İdman dırmanması üzrə açıq respublika çempionatı keçiriləcək

İdman Materials 7 Noyabr 2013 12:30 (UTC +04:00)
Noyabrın 9-10-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə “ClimBaku” idman dırmanması mərkəzində İdman Dırmanması üzrə növbəti açıq respublika çempionatı keçiriləcək.
İdman dırmanması üzrə açıq respublika çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Noyabrın 9-10-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə "ClimBaku" idman dırmanması mərkəzində İdman Dırmanması üzrə növbəti açıq respublika çempionatı keçiriləcək.

Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çempionatda FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan idman klublarının 100-dən artıq idmançısı ilə yanaşı, xarici idmançılar da iştirak edəcək.

3 mərhələdə (təsnifat, yarımfinal, final) təşkil olunacaq yarışda idmançılar boulderinq, çətinlik və sürət növləri üzrə qüvvələrini sınayacaqlar.

İdman Dırmanması üzrə açıq respublika çempionatının keçirilməsində əsas məqsəd ölkəmizdə ekstremal idman növlərini, o cümlədən idman dırmanmasını populyarlaşdırmaq və gələcəkdə beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti