...

Draytulinq üzrə ilk respublika çempionatına start verildi (FOTO)

İdman Materials 14 Dekabr 2013 14:15 (UTC +04:00)
Bu gün “ClimBaku” İdman Dırmanma Mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə keçirilən draytulinq üzrə ilk respublika çempionatına start verildi.
Draytulinq üzrə ilk respublika çempionatına start verildi (FOTO)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Bu gün "ClimBaku" İdman Dırmanma Mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə keçirilən draytulinq üzrə ilk respublika çempionatına start verildi.

FAİREX-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çÇempionatın bu gun keçirilən təsnifat yarışında FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox idman klubunun ("Qərb Universiteti", "AMEAST", "A+A", "Ekosport", "Murov", "FHN İdman Klubu", "Salavat", "Zirvə", "Şahdağ", "Yanardağ", "Rock Stone", "Babadağ", "Qaya Qartalları", "Mauntain Bee", "Tanrıdağ", "Gəncə", "Daşkəsən", "Kəmər Qaya", "Nuxa", "Gənclik", "Macəra", "Skautlar", "İrəli", "Memarlıq Akademiyası", "Texniki Universitet", "Qafqaz", "Simurq", "Kəpəz", "Gömrük", "Extralife", "Kyanit", "Şəki AMA" və s.) 160-dan artıq idmançısı qüvvələrini sınayır. Yarış qızlar, oğlanlar və komandalar arasında keçirilir.

Çempionatın keçirilməsində əsas məqsəd ölkənin ən güclü idmançılarını müəyyənləşdirərək beynəlxalq yarışlarda Respublikanı təmsil edəcək milli komanda formalaşdırmaqdır.

Çempionat iki gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti