...

Azərbaycan millisində ciddi itki

İdman Materials 3 Oktyabr 2014 12:47 (UTC +04:00)
Futbol üzrə milli komandamız "Avro-2016"nın seçmə mərhələsində İtaliya və Xorvatiya yığmaları ilə matça ciddi itki ilə çıxacaq.
Azərbaycan millisində ciddi itki

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Futbol üzrə milli komandamız "Avro-2016"nın seçmə mərhələsində İtaliya və Xorvatiya yığmaları ilə matça ciddi itki ilə çıxacaq.

Trend-in AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimizin futbolçusu Ruslan Abışov zədəli olduğu üçün Azərbaycan milli komandasının bu gündən etibarən başlayan və oktyabrın 14-dək davam edəcək təlim-məşq toplanışında iştirak etməyəcək.

Bu isə o deməkdir ki, R.Abışov İtaliya və Xorvatiya ilə matçları buraxmalı olacaq.

Xatırladaq ki, millimiz Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da İtaliya, 3 gün sonra isə Xorvatiya yığması ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti