...

Baş məşqçi: Bakı-2015 Avropa Oyunları Rusiya yığması üçün Olimpiya Oyunlarına bərabərdir

İdman Materials 15 Aprel 2015 17:51 (UTC +04:00)
Bədii gimnastika üzrə Rusiya yığması Bakıda I Avropa Oyunlarında güclü heyətlə təmsil olunacaq.
Baş məşqçi: Bakı-2015 Avropa Oyunları Rusiya yığması üçün Olimpiya Oyunlarına bərabərdir

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Bədii gimnastika üzrə Rusiya yığması Bakıda I Avropa Oyunlarında güclü heyətlə təmsil olunacaq. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu yığmanın baş məşqçisi, Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova deyib.

Onun sözlərinə görə, dünyada lider mövqedə qərarlaşmış bütün Avropa bədii gimnastikası Bakıda təmsil olunacaq: "Buna görə də Bakıdakı Oyunlar bizim üçün Olimpiya Oyunlarına bərabərdir və Rusiya yığmasının heyəti ən güclü olmalıdır".

Qeyd edək ki, iyunun 12-28-də Bakıda I Avropa Oyunları keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti