Bakı. Trend:
UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları başa çatıb.
Trend-in məlumatına görə, A qrupundan 1/8 final mərhələsinə vaxtından əvvəl vəsiqə qazanan klublar artıq bəllidir. Bu komandalar 5 oyundan 13 xal toplayan Madrid "Real"ı və PSJ-dir (10 xal).
C qrupunda "Qalatasaray" Madrid "Atletiko"sunun qonağı olub. 13-cü dəqiqədə Qrizmann meydan sahiblərini önə keçirib. 65-ci dəqiqədə Qrizmann dubla imza atıb. Bu, oyunda sonuncu qol olub - 0:2.
Beləliklə, bu qrupda "Atletiko" və "Benfika" artıq növbəti mərhələdədirlər. 4 xallı "Qalatasaray" ən yaxşı halda qrup üçüncüsü kimi mübarizəni Avropa Liqasında davam etdirə bilər.
"Yuventus" isə doğma meydanda "Mançester Siti"ni qəbul edib. Minimal hesabla qələbə qazanan italyanlar 1/8 finala vaxtından əvvəl yüksəliblər. Məğlub olmalarına baxmayaraq, ingilislər də ən pis halda qrup ikincisi kimi bu vəsiqəni təmin ediblər.
Turun digər oyunları:
A qrupu
"Şaxtyor" - "Real" 3:4
"Malmö" - PSJ 0:5
B qrupu
ÇSKA - "Volfsburq" 0:2
"Mançester Yunayted" - "PSV Eyndhoven" 0:0
C qrupu
"Astana" - "Benfika" 2:2
"Atletiko" - "Qalatasaray" 2:0
D qrupu
"Yuventus" - "Mançester Siti" 1:0
"Borussiya" (Mönhenqladbax) - "Sevilya" 4:2