...

Ueyn Runi tarixə düşdü

İdman Materials 21 Yanvar 2017 23:15 (UTC +04:00)
İngiltərə Premyer Liqasında “Stok Siti”yə qarşı keçirilən oyun “Mançester Yunayted”in futbolçusu Ueyn Runi üçün əlamətdar olub
Ueyn Runi tarixə düşdü

Bakı. Trend:

İngiltərə Premyer Liqasında “Stok Siti”yə qarşı keçirilən oyun “Mançester Yunayted”in futbolçusu Ueyn Runi üçün əlamətdar olub.

Trend-in məlumatına görə, oyunun 94-cü dəqiqəsində Ueyn Runi “Mançester Yunayted”-ın heyətində 250-ci qoluna imza atıb.

Runi bununla klub tarixinin ən yaxşı bombardiri Bobbi Çarltonu (249 qol) qabaqlayıb.

Qeyd edək ki, futbolçu 2004-cü ildən "Mançester Yunayted"də çıxış edir. Oyun 1:1 hesabı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti