...

Bakı-2017: Karateçilərimiz 5 medal uğrunda mübarizə aparacaq

İdman Materials 13 May 2017 17:24 (UTC +04:00)
Azərbaycanın karate üzrə milli komandası IV İslam Həmrəyliyi Oyunlarında 5 medal uğrunda mübarizə aparacaq.
Bakı-2017: Karateçilərimiz 5 medal uğrunda mübarizə aparacaq

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanın karate üzrə milli komandası IV İslam Həmrəyliyi Oyunlarında 5 medal uğrunda mübarizə aparacaq.

Trend-in məlumatına görə, 55 kiloqramadək çəki dərəcəsində İlahə Qasımova finalda misirli idmançı Yassmin Attiya ilə yarışacaq. 61 kq-dək çəki dərəcəsində finalda Fəridə Abiyevanın rəqibi iranlı Rozita Əlipurkeşkaalesaad olacaq.

50 kq-dək çəki dərəcəsində yarımfinalda məğlub olmuş Nuranə Əliyeva bürünc medal uğrunda indoneziyalı Srunita Sukatendellə qarşılaşacaq.

Kişilər arasında qızıl medal uğrunda görüşə Rafael Ağayev çıxacaq. 75 kq-dək çəki dərəcəsində onun rəqibi pakistanlı Qulam Sədi olacaq.

60 kiloqramadək çəki dərəcəsində isə Firdovsi Fərzəliyev bürünc medal uğrunda indoneziyalı idmançı Suryadi Suryadi ilə mübarizə aparacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti