...

Bakı-2017: Azərbaycanın qadın karateçisi hamıdan üstün oldu

İdman Materials 14 May 2017 19:27 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının karate yarışlarında qaliblər müəyyənləşir.
Bakı-2017: Azərbaycanın qadın karateçisi hamıdan üstün oldu

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının karate yarışlarında qaliblər müəyyənləşir.

Trend-in məlumatına görə, 68 kq çəki dərəcəsində mübarizə aparan qadın karateçilərin finalında təmsilçimiz İrina Zaretskaya Türkiyə idmançısı Eda Eltemurla qarşılaşıb.

Rəqibinə göz açmağa imkan verməyən İ.Zaretskaya qızıl medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti