...

Yaponiya gimnastı: Bakıda Dünya Kubokunun gözəl təşkil olunması mənə qızıl medal qazanmağa kömək etdi

İdman Materials 17 Mart 2018 16:33 (UTC +04:00)
"Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun gözəl təşkil olunması mənə qızıl medal qazanmağa kömək edib".
Yaponiya gimnastı: Bakıda Dünya Kubokunun gözəl təşkil olunması mənə qızıl medal qazanmağa kömək etdi

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun gözəl təşkil olunması mənə qızıl medal qazanmağa kömək edib.

Trend-in məlumatına görə, sərbəst hərəkətlərdə qalib gəlmiş Yaponiya gimnastı Kadzuma Kaya deyib.

O qeyd edib ki, təsnifat mərhələsində daha zəif çıxış edib:

“Ən məsuliyyətli mərhələdə isə mən daha yaxşı nəticə göstərdim. Bizim çıxışlarımıza Bakıdakı yüksək təşkilatçılıq da müsbət təsir göstərdi. Bu, mənə qızıl medal qazanmağa imkan verdi”.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının final mərhələsinə start verilib.

Bu mərhələdə gimnastlar ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq medallar uğrunda mübarizə aparırlar.

Final mərhələsində Azərbaycanı müxtəlif hündürlüklü qollarda Marina Nekrasova, Mariya Smirnova, dayaqlı tullanmada isə Yuliya İnşina və Marina Nekrasova təmsil edirlər.

Bakıda 3-cü ildir ki, təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku martın 18-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti