...

"İnter" xorvatiyalı vitse-çempionu heyətinə cəlb edib

İdman Materials 2 Avqust 2018 02:17 (UTC +04:00)
İtaliyanın “İnter” klubu 1 illik müddətinə xorvatiyalı müdafiəçi Şime Vrsalkonu heyətinə cəlb edib.
"İnter" xorvatiyalı vitse-çempionu heyətinə cəlb edib

Bakı. Tural Turan - Trend:

İtaliyanın “İnter” klubu 1 illik müddətinə xorvatiyalı müdafiəçi Şime Vrsalkonu heyətinə cəlb edib. Trend-in məlumtına görə, bu barədə “İnter” klubunun rəsmi saytı xəbər yayıb.

Mövsümün sonuna qədər Vrsalko icarə əsasında “İnter”də forma geyinəcək. Daha sonra “İnter” 17.5 milyon avro ödəməklə oyunçunu “Atletiko”dan transfer edə bilər.

Xatırladaq ki, Vrsalko sonuncu Dünya Çempionatında Xorvatiya millisinin heyətində vitse-çempion olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti