...

UEFA Çempionlar Liqası çərçivəsində 1/8 final oyunları keçirilib

İdman Materials 20 Fevral 2019 02:27 (UTC +04:00)
UEFA Çempionlar Liqasınını 1/8 final oyunları keçirilib.
UEFA Çempionlar Liqası çərçivəsində 1/8 final oyunları keçirilib

Bakı. Trend:

UEFA Çempionlar Liqasınını 1/8 final oyunları keçirilib.

Trend-in məlumatına görə, İngiltərənin "Liverpul" komandası Almaniyanın "Bavariya" klubunu qəbul edib. Oyun qolsuz he-heçə ilə yekunlaşıb.

Bu oyunla parallel olaraq Fransada "Park Olimpik Lionne" stadionunda meydan sahibi "Lion"la "Barselona" qarşılaşıb. Bu oyunda da analoji hesab qeydə alınıb - 0:0.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları martın 13-də keçiriləcək.

Xatırladaq ki, turnirin final oyunu iyunun 1-də Madriddə "Metropolitano" stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti