...

Millimiz ilk oyununda Rusiya ilə heç-heçə edib

İdman Materials 20 Mart 2019 22:26 (UTC +04:00)
Millimiz ilk oyununda Rusiya ilə heç-heçə edib.
Millimiz ilk oyununda Rusiya ilə heç-heçə edib

Bakı. Tural Turan - Trend:

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib.

Trend-in məlumatına görə, komandamız "Krasnodar" FK-nın Akademiyasının 5-ci meydanında Rusiya yığması ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.

Qrupun digər oyununda İrlandiya Rumıniyanı məğlub edib - 5:0.

Yığmamız növbəti oyununu martın 23-də İrlandiya komandasına qarşı keçirəcək.

Qeyd edək ki, final mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti