...

Ukraynalı gimnast: Bakıda həmişə yaxşı qarşılayırlar

İdman Materials 19 May 2019 04:25 (UTC +04:00)
Ukraynalı gimnast Vlada Nikolçenko bədii gimnastika üzrə Avropa Çempionatının təsnifat mərhələlərindəki çıxışından narazı qalıb
Ukraynalı gimnast: Bakıda həmişə yaxşı qarşılayırlar

Bakı. Trend:

təsnifat

Ukraynalı gimnast Vlada Nikolçenko bədii gimnastika üzrə Avropa Çempionatının təsnifat mərhələlərindəki çıxışından narazı qalıb. Bu barədə gimnast Trend-ə bildirib.

V.Nikolçenko deyib: "Bu başlanğıncda öz çıxışımdan narazı qaldım. Çıxışa hazır idim, lakin həyəcanlandım. Mənim proqramımı çətinləşdirdilər, lakin bununla belə mən daha yaxşı çıxış edə bilərdim. Sabah bütün səhvləri düzəltmək və maksimumu göstərmək istəyirəm. Əgər bu alınarsa çox şad olaram".

Gimnast vurğulayıb ki, mən Bakını sevirəm və Milli Gimnastika Arenasında keçirilən yarışlar mənim ən sevdiklərimdəndir: "Mənim buradan xoşum gəlir - zal rahatdır, şəhər gözəldir. Bakıda həmişə gözəl qarşılayırlar".

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Xəbər lenti

Xəbər lenti