...

Qılıncoynadanamız Avropa çempionu oldu (FOTO)

İdman Materials 1 İyun 2019 02:34 (UTC +04:00)
Sablya üzrə milli komandamızın üzvü Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanların Avropa çempionatında qızıl medal qazanıb.
Qılıncoynadanamız Avropa çempionu oldu (FOTO)

Bakı. Trend:

Sablya üzrə milli komandamızın üzvü Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanların Avropa çempionatında qızıl medal qazanıb.

Trend-in məlumatına görə, qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-ni qalib başa vuran Anna 1/16 finalda Polşa idmançısı Zuzanna Şesleri 15:6 hesabı ilə məğlub edib.

1/8 finalda ispan Elena Hernandez Munoza 15:8 hesabı ilə qalib gələn sablyaçımız 1/4 finalda Macarıstan təmsilçisi Kern Biankanı 15:3 hesabı ilə məğlub edib. Anna Başta yarımfinalda belaruslu Kaspiaroviç üzərində 15:10 hesablı qələbə qazanıb.

Qılıncoynadanımız finalda İtaliya idmançısı Lusia Lukarinini məğlub etməklə 23 yaşadək qadın sablyaçılar arasında Avropa çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti