...

Azərbaycanın kişi qılıncoynadanları Neapol Universiadasında çıxış ediblər

İdman Materials 6 İyul 2019 13:12 (UTC +04:00)
İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında Azərbaycan qılıncoynadanları mübarizəyə başlayıblar.
Azərbaycanın kişi qılıncoynadanları Neapol Universiadasında çıxış ediblər

Bakı. Trend:

İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında Azərbaycan qılıncoynadanları mübarizəyə başlayıblar.

Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, kişi sablyaçıların şəxsi yarışında Cavanşir Ağakişiyev qrup mərhələsində keçirdiyi altı görüşdən ikisini qələbə ilə başa vuraraq otuzikidəbir finala yüksəlib. Ağakişiyev bu mərhələdə Ukrayna idmançısı Boqdan Platona 13:15 hesabı ilə uduzub.

Şpaqaçılarımızdan Ruslan Həsənov, Fərrux Səfərov və Xalid Əliyev də kişilərin şəxsi yarışında çıxış ediblər. Qrup mərhələsini üç qələbə ilə başa vuran Ruslan Həsənov otuzikidəbir finalda isveçrəli Çarls-Erik Osvala 11:15 hesabı ilə uduzub.

Qrup mərhələsində eyni nəticəni göstərən Xalid Əliyev isə otuzikidəbir finalda Hyomin Yanqa (Cənubi Koreya) 7:15 hesabı ilə məğlub olub.

Fərrux Səfərov isə qrupda keçirdiyi altı görüşdən ikisində qalib gəlsə də, bu nəticə onun pley-offa yüksəlməsinə imkan verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti