...

Kişi şpaqaçılarımız Macarıstanda keçirilən dünya çempionatında çıxış edib

İdman Materials 17 İyul 2019 12:05 (UTC +04:00)
Qılıncoynadanlarımız Kənan Əliyev və Ruslan Həsənov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında kişi şpaqaçıların şəxsi kateqoriyasında iştirak edib.
Kişi şpaqaçılarımız Macarıstanda keçirilən dünya çempionatında çıxış edib

Bakı. Trend:

Qılıncoynadanlarımız Kənan Əliyev və Ruslan Həsənov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında kişi şpaqaçıların şəxsi kateqoriyasında iştirak edib.

Trend-in məlumatına görə, qrup mərhələsində keçirdiyi 5 görüşdən 2-ni qalib başa vuran Kənan Əliyev plley-offda Rusiya təmsilçisi Nikita Qlazkova 4:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 6 görüşdən 3-də qələbə qazanan Ruslan Həsənov isə pley-offda çexiyalı Jiri Berana 7:15 hesabı ilə məğlub olub.

İyulun 17-də Səbinə Kərimova,Sevil Bünyatova,Anna Başta və Valeriya Bolşakova qadın sablyaçıların şəxsi yarışında mübarizəyə qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti