Bakı. Trend:
Futbol üzrə İspaniya Kubokunun 1/4 final matçında "Barselona" "Atletik"ə 1:0 hesabı ilə məğlub olub.
Trend-in məlumatına görə, ikinci hissəyə əlavə olunan vaxtın üçüncü dəqiqəsində vurulan yeganə qolun müəllifi Inaki Vilyams olub.
"Atletik"lə birlikdə "Mirandes", "Granada" və "Real Sosyedad" komandaları 1/2 finala yüksələ biliblər.