...

Azərbaycan qılıncoynadanı ölkəmizə 20-ci olimpiya lisenziyasını qazandırıb

İdman Materials 25 Aprel 2021 22:29 (UTC +04:00)
Azərbaycan qılıncoynadanı ölkəmizə 20-ci olimpiya lisenziyasını qazandırıb

Bakı. Trend:

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarına 20-ci lisenziyasını qılıncoynadan Anna Başta qazanıb.

Trend-in məlumatına görə, idmançı İspaniyanın Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin həlledici final görüşündə alman sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti