...

Sablya üzrə milli komandamız dünya kubokunda ikinci olub (FOTO)

İdman Materials 30 Yanvar 2022 20:46 (UTC +04:00)
Sablya üzrə milli komandamız dünya kubokunda ikinci olub (FOTO)

Bakı. Trend:

Sablya üzrə milli komandamız dünya kubokunda ikinci olub.

Trend-in məlumatına görə, Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kubokunun mərhələ yarışının finalında Fransa millisinə 39:45 hesabı ilə uduzub.

Yığmamız finala gedən yolda ABŞ (45:39), Macarıstan (45:39) və Bolqarıstanı (45:39) təmsil edən komandalara qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti