Konya. Trend:
Qılıncoynatma üzrə Azərbaycan idmançısı Palina Kaspiaroviç V İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.
Trend xəbər verir ki, o, türkiyəli idmançı İrina Şçuklaya 14:15 hesabı ilə uduzub
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.