...

Messi ilin ən yaxşı idmançısı mükafatını qazandı

İdman Materials 9 May 2023 04:47 (UTC +04:00)
Messi  ilin ən yaxşı idmançısı mükafatını qazandı

Bakı. Trend:

PSJ klubunun argentinalı hücumçusu Lionel Messi "Laureus World Sports Academy"nin versiyasına görə 2022-ci ilin ən yaxşı idmançısı mükafatını qazanıb.

Trend xəbər verir ki, mükafatlandırma mərasimi bazar ertəsi baş tutub.

L.Messi 2022-ci ildə karyerasında ilk dəfə dünya çempionu oldu və Qətərdə keçirilən turnirin ən yaxşı oyunçusu seçildi. Mükafat uğrunda mübarizədə argentinalı komanda yoldaşı fransalı Kilian Mbappeni, ikiqat Formula 1 çempionu hollandiyalı Maks Verstappeni, dayaqla tullanma üzrə dünya rekordçusu isveçli Armand Duplantisi, ispan tennisçi Rafael Nadalı və “Qolden Steyt”in amerikalı basketbolçusi Stefen Karrini qabaqlayıb.

Yamaykalı qaçışçı, üçqat Olimpiya çempionu Şelli-Ann Freyzer-Prays ilin ən yaxşı qadın idmançısı seçilib. 2022-ci ildə idmançı 100 metr məsafənidə onuncu dəfə dünya çempionu olub. 2022-ci ildə ABŞ Açıq çempionatının qalibi olan ispan tennisçi Karlos Alkaras "İlin sıçrayışı" nominasiyasının qalibi olub.

Ən yaxşı paralimpiyaçı isveçrəli qaçışçı Katrin Debrunner olub. O, 2022-ci ildə Berlin marafonunun qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti