...

Qadın güləşçimiz Avropa çempionatında bürünc medal qazanıb

İdman Materials 16 Fevral 2024 22:50 (UTC +04:00)
Qadın güləşçimiz Avropa çempionatında bürünc medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qadın güləşçisi Elis Manolova (65 kiloqram) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Trend-in məlumatına görə, idmançı almaniyalı Anna Nuernberqerə 2:1 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Millinin digər üzvü Birgül Soltanova (62 kiloqram) isə bürünc medal görüşündə rusiyalı Veranika İvanovaya 6:9 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti