...

Stanislav Çerçesov AFFA-nın siyahısında

İdman Materials 26 Mart 2024 11:18 (UTC +04:00)
Stanislav Çerçesov AFFA-nın siyahısında

Bakı. Trend:

Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən biri bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Stanislav Çerçesov yığmamızın “sükanı arxası”na keçə bilər.

Çerçesov AFFA-nın üç namizədi sırasında yer alıb. Rusiya yığmasının sabiq baş məşqçisinə təklif göndərilməyib. AFFA digər namizədlər kimi onun da təyinatını nəzərdən keçirir.

Qeyd edək ki, Canni de Byazinin müqaviləsi başa çatdıqdan sonra baş məşqçisiz qalan Azərbaycan millisini son iki yoldaşlıq oyununa Arif Əsədov çıxarıb.

Xəbər lenti

Xəbər lenti