Bakı. Trend:
Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki,, bu gün qılıncoynatma yarışlarında növbəti mükafatlar sahiblərini tapacaq.
Azərbaycan qılıncoynadanı Anna Başta da Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Sablyaçımız 1/16 finalda Çin idmançısı Yanq Henqyunu 15:9 hesabı ilə məğlub edib. İdmançımız 1/8 finalda adlı-sanlı ukraynalı Olqa Xarlanla görüşüb. 6:15 hesabı ilə uduzan Başta Olimpiadada çıxışını başa vurub.
Qeyd edək ki, Azərbaycanın qılıncoynatma millisi Paris-2024-də yalnız Başta ilə təmsil olunurdu.
Fotolar: Zaur Mustafayev