...

Bağlanan 10 bankın əmanətçilərinə 527 milyon manatdan artıq kompensasiya ödənilib

İqtisadiyyat Materials 21 Oktyabr 2016 10:26 (UTC +04:00)
Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabrın 20-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 821 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 milyon 980 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 18 milyon 070 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 850 min manatdan artıq kompensasiya ödənilib.
Bağlanan 10 bankın əmanətçilərinə 527 milyon manatdan artıq kompensasiya ödənilib

Bakı. Trend:

Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabrın 20-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 821 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 milyon 980 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 18 milyon 070 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 850 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan Trend-ə verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 104 miyon 721 min manatdan artıq kompensasiya ödənilib.

Oktyabrın 20-də “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 876 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 milyon 876 min manatdan artıq kompensasiya ödənilib. Eyni zamanda, oktyabrın 20-də “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 038 min manatdan artıq kompensasiya ödənilib. 20 oktyabrda həmçinin, QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 261 milyon 624 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə, Fond tərəfindən 10 bank üzrə 527 milyon 259 min manatdan artıq kompensasiya ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti